21 Avqust 2025, 20:11

Avqustun 21-i saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Naftalanda 22, Mingəçevirdə 18, Xaçmaz və Şabranda 16, Şəkidə 15 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.