
26 İyul 2025, 14:11
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.