İsti hava dalğası davam edəcək

18 İyul 2025, 16:47

İsti hava dalğası davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcəyə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.