Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

25 İyun 2025, 15:04

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.