XƏBƏRDARLIQ

19 Aprel 2025, 18:34

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 20-22-də əsasən gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Şərq küləyi 20-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, əsasən dağ çaylarından, xüsusən də, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.