XƏBƏRDARLIQ

08 Aprel 2025, 16:24

XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.