07 Avqust 2021, 11:38
Avqustun 08-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.
Gözlənilən hava şəraiti haqqında məlumat
Avqustun 08-09-da əsasən axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. 09-10-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.