01 Avqust 2021, 11:20

Avqustun 02-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.