Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava

16 Dekabr 2024, 09:38

Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.