27 Noyabr 2020, 15:30
Noyabrın 27-də gözlənilən hava şəraiti
Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.