17 İyun 2021, 13:20
İyunun 18-də gözlənilən hava şəraiti
İyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-25 isti, gündüz 27-30 isti, Bakıda gecə 22-24 isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 760 mm civə sütununa yükələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-40 faiz olacaq.
İyunun 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24 isti, gündüz 34-39 isti, dağlarda gecə 12-17 isti, gündüz 19-24 dərəcə isti olacaq.