
12 İyun 2024, 10:20
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib
İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.
Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.