Mayın 8-i saat 15:00-a olan faktiki hava

08 May 2024, 15:45

Mayın 8-i saat 15:00-a olan faktiki hava

Mayın 8-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bakıda və Abşeron yarımadasında, Şahbuz, Ordubad, Gədəbəy, Daşkəsən, Şirvan, Qobustan, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Balakən, Şəki, Qax, Altıağac, Xaltan, Qrız, Qusar, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabiarabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış, Şahdağda zəif qar yağıb.

Daşkəsəndə saat 12:50-12:51 radələrində diametri 10 mm olan dolu düşüb.

Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 13-18, Ordubadda 24, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olub.