03 May 2024, 20:26

Mayın 3-ü saat 20:00-a olan faktiki hava



Mayın 3-ü saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Neftçala, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Mingəçevir, İsmayıllı, Göyçay, Bərdə, Tərtər, Yevlax, Neftçala, Xınalıq, Quba, Qusar, Xaçmaz, Ağdam, Sarıbaşda (Qax) arabir yağış, Şahdağda isə qar yağıb.