19 May 2021, 13:05

Mayın 20-də gözlənilən hava şəraiti

Mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Mayın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.