HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

20 Aprel 2024, 18:00

HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

Bakıda və Abşeron yarımadasında

Aprelin 22-də şimal-qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Aprelin 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-dən 23-ü axşamadək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.