HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

19 Aprel 2024, 18:15

HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

Azərbaycanın rayonlarında

Aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.