Dumanlı hava şəraiti müşahidə olunur

23 Mart 2024, 20:00

Dumanlı hava şəraiti müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında və bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.
 
Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
 
Bakı, Sumqayıt, Neft daşları, Pirallahı, Daşkəsən, Altıağac, Xaltan, Lerik, Astara, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraitinin səbəbi nisbətən isti hava kütləsinin soyuq səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Dumanlı hava şəraiti martın 25-i səhərədək davam edəcək.