06 Mart 2024, 15:23

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq



Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra, martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Martın 7-si gündüzdən 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.