Hava şəraiti haqqında məlumat

24 Fevral 2024, 11:20

Hava şəraiti haqqında məlumat

Azərbaycanın rayonlarında

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək. Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
 
Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.