Hava şəraiti haqqında məlumat

03 Fevral 2024, 16:37

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Fevralın 05-i gündüzdən 06-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-sı gündüz isə qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 06-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.
Fevralın 04-ü gündüz və 05-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.