Hava şəraiti haqqında məlumat

03 Yanvar 2024, 18:05

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Yanvarın 04-05-i gündüz saatlarında cənub-qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s, 06-da gecə və səhər isə şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında
Yanvarın 05-i əsasən qərb rayonlarında, 06-da isə gecə və səhər əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Yanvarın 04-ü axşam, 05-i axşamdan 06-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.