Hava şəraiti haqqında məlumat

22 Dekabr 2023, 15:10

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dekabrın 23-də gündüzdən 24-ü səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında

Dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.