08 İyul 2023, 12:30

İyulun 09-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.


Havanın maksimal temperaturunun yüksəlməsi ilə əlaqədar günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir. Ona görə də, günəş şüalarından qorunmaq üçün əhalini ehtiyatlı olmağa çağırırıq.