Hava şəraiti haqqında məlumat

05 İyun 2023, 16:55

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

İyunun 06-sı səhərdən 08-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında


İyunun 05-dən 09-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı,  ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, şimşək çaxacağı,  dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.