17 Fevral 2021, 11:05

Fevralın 17-də gözlənilən hava şəraiti

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında sulu qar, arabir qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.