19 Aprel 2022, 11:00

İqlim dəyişmələrinə qarşı mübarizə üzrə şəffaflıq formatının gücləndirilməsi istiqamətində növbəti maarifləndirici tədbir keçirilib

Milli Hidrometeorologiya Xidmətində Bakı Slavyan Universitetinin istehsalat təcrübəsi keçən tələbələri üçün “Tullantıların idarə olunması zamanı yaranan istixana qazları” mövzusunda seminar təşkil edilib.
Bunu Xidmətin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov bildirib.

Onun sözlərinə görə "Seminar zamanı, UNFCCC-nin Katovitse şəhərində keçirilmiş COP24 tədbirində bəyan edilmiş Gücləndirilmiş Şəffaflıq Formatı (Enhanced Transparency Report) barədə məlumat verilib.

Bununla bağlı konvensiya qarşısında yeni öhdəliklərimiz və bu mənada ayrı-ayrı sektorlar və xüsusən ölkəmizdə Tullantıların idarə olunması zamanı yaranan istixana qazlarının inventarlaşdırılması üzrə məlumat toplanılması məsələləri istiqamətində problemlər və çağırışlar müzakirə olunub.

Tədbir zamanı, İqlim dəyişmələri mərkəzinin aparıcı mütəxəssisi Koreyada sahə üzrə təhsil almış Səmədov Asim tərəfindən “Tullantılardan əmələ gələn istixana qazları emissiyalarının inventarlaşdırılması” mövzusunda hazırladığı təqdimat müzakirə edilib.

Mövzu və təqdimat iştirakçıların və təcrübəçi tələbələrin böyük marağına səbəb olmuş, müvafiq metodologiyanın öyrənilməsi, məlumatların toplanılması mexanizmi üzrə biliklərik artırılmasına xidmət edəcək maarifləndirici tədbirlərin mütamadi olaraq keçirilməsi nəzərdə tutulur.