13 Aprel 2022, 08:30

FAKTİKİ HAVA

Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən küləyin sürəti Bakıda və Abşeron yarımadasında:
Bakıda 26 m/s, Çilov adasında 19 m/s , Neft Daşlarında 15 m/s müşahidə edilir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.

Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda yağıntılı olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 10°-dək isti, Naxçıvan MR-da 6-12° isti, dağlıq rayonlarda 4°-dək isti, aran rayonlarında 7-10° isti olub.

Bu gün aprelin 13-ü axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd: ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti Respublikanın qərb bölgələrində 34-38 m/s olub.