13 Aprel 2022, 05:10

Faktiki hava

Aprelin 13-ü saat 05:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi qərb rayonlarında tədricən səngiyir, Bakıda isə küləyin sürəti artır. 
 
Küləyin ani maksimal sürəti Naftalanda 20 m/s, Neftçala, Biləsuvarda 12 m/s-yə çatır.                     
 Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Maştağada 19 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrdir.
 
Şimal-qərb küləyinin aprelin 13-ü səhər saatlarında bəzi yerlərdə 18-23 , arabir 25-28 m/s, gündüz isə 15-18 m/s-dək mülayimləşəcəyi gözlənilir.