Faktiki hava

13 Aprel 2022, 02:10

Faktiki hava

Aprelin 13-ü saat 02:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir. 

 
Küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 24-30 m/s, Zərdabda 24 m/s , Beyləqanda 20 m/s, Şəmkirdə 16 m/s-ə çatıb.
Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Maştağada 23 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 18 m/s , Pirallahıda 15 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.
 
Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23 m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.