Bu gün ETSN yanında Milli Hidrometeorologiya Xidmətində 83 №-li məktəb-liseyin bir qrup şagirdləri ilə görüş keçirilib.

08 Aprel 2022, 19:00

Bu gün ETSN yanında Milli Hidrometeorologiya Xidmətində 83 №-li məktəb-liseyin bir qrup şagirdləri ilə görüş keçirilib.

08 aprel 2022-ci il tarixində Milli Hidrometeorologiya Xidmətində 83 №-li  məktəb-liseyin bir qrup şagirdləri ilə görüş keçirilib. Görüş zamanı şagirdlərə ölkə üzrə mövcud hidrometeoroloji şəbəkədən daxil olan müşahidə məlumatlarının sistemləşdirilməsi, vizuallaşdırılması və Doppler radar sistemi haqqında məlumatlar verilib.
Həmçinin şagirdlərin hava proqnozlarının necə hazırlanmasına böyük marağını nəzərə alaraq, MHX-nin mütəxəssisləri proqnozun necə hazırlanmasını, avtomat aqrometeoroloji, mobil hava keyfiyyəti laboratoriyasının işi ilə tanış ediblər.
Şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Sonda uşaqlara hava sertifikatı təqdim edilib.