23 Mart 2022, 12:00
23 mart Ümümdünya Meteorologiya Günüdür
Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir.
Bu il Ümumdünya Meteorologiya Gününün mövzusu “Erkən xəbərdarlıq və erkən fəaliyyət”dir. İqlim dəyişikliyi nəticəsində dünyanın bir çox yerlərində hava, iqlim və su ekstremalları intensiv xarakter alır.