
20 Mart 2022, 15:00
Bayram günlərində Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında
gözlənilən hava şəraiti
Martın 21-də Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 6°-dək isti olacaq.
Martın 22-də Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi 7-12 m/s gündüz şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.
Martın 23-də Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, gündüz cənub-şərq küləyi 7-12 m/s.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.