15 Mart 2022, 18:00

Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilib.


Şimal - Qərb marşurutu üzrə hazırda Şəki rayonu ərazisində Şinçay hövzəsində qarölçmə işləri aparılır.






Şimal - Qərb marşurutu üzrə hazırda Şəki rayonu ərazisi Kişçayın hövzəsi.




Böyük Qafqaz dağlarının Şimal- Şərq hissəsi
Bostankeş kəndi-
Xınalıqçayın mənbəyi marşrutu:
Aşagı Qar xətti-4 sm
Yuxarı qar xətti -35 sm
Təzə qar.
 



Qərb marşurutu üzrə hazırda Gədəbəy rayonu Slavyanka kəndi Qızılçayın hövzəsi





Şimal marşurutu üzrə hazırda Xınalıq kəndi- Qudyalçayın mənbəyi.