14 Mart 2022, 12:20

FAKTİKİ HAVA

Martın 14-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı: Astarada 29.0 mm, Sarıbaşda (Qax) 17.0 mm, Beyləqanda 11.0 mm, Balakən, Oğuzda 9.0 mm, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8.0 mm, Ağdam, Yardımlı, Şəkidə 7.0 mm, Tərtər, Qəbələdə 6.0 mm, Bərdə, Yevlaxda 5.0 mm, Biləsuvar, Mingəçevir, Zərdab, Qrız, Quba, Tovuzda 4.0 mm, Göyçay, İmişli, Gədəbəy, Qobustanda 3.0 mm, Ağdərə (Ordubad), Naftalan, Şəmkir, Şabran, Ağstafa, Qusar, Kürdəmir, Daşkəsəndə 2.0 mm, Naxçıvan, Şahbuz, Göygöl, Gəncə, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Ağsu, Şahdağ, Qax, Göytəpə, Ceyrançöl, Xınalıq, İsmayıllı, Şamaxı, Xaçmazda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Kişçayda (Şəki) 23 sm, Daşkəsəndə 21 sm, Ləzədə 17 sm, Qrızda 13 sm, Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 6 sm, Lerikdə 4 sm, Yardımlı, Xınalıq, Şəkidə 3 sm, Qobustanda 2 sm, Zaqatala, Qubada 1 sm olub.

Külək: Şərq küləyi arabir Hacıqabulda 24 m/s, Naftalan, Sabirabad, Culfada 20 m/s, Gəncə, Naxçıvanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu: martın 13-də Bakıda iqlim normasından 2.0° aşağı olub, Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 10-14° şaxta, aran rayonlarında 1-4° isti olub.