04 Mart 2022, 11:30

FAKTİKİ HAVA

Martın 04-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərdə qısamüddətli yağış yağıb.

Yağıntı :  Kürmükçay İlisuda (Qax) 30.0 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23.0 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15.0 mm, Şahdağda 14.0 mm, Zaqatalada 13.0 mm, Xınalıqda 10.0 mm, Kişçayda (Şəki) 9.0 mm, Balakən, Oğuz, Şəkidə 8.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Ağdərə (Ordubad), Şahbuzda 5.0 mm, Tovuzda 4.0 mm, Sədərək, Daşkəsəndə 3.0 mm, Qrız, Qəbələdə 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü:  Şahdağda 38 sm, Qrızda 8 sm olub.



Külək:  Qərb küləyi arabir Naftalan, Daşkəsəndə 32 m/s, Mingəçevirdə 25 m/s, Balakən, Gəncədə 24 m/s, Lerikdə 23 m/s, Kəlvəzdə 22 m/s, Altıağacda 21 m/s, Şəmkir, Ağstafa, Tərtər, Bərdə, Ceyrançöl, Şahbuzda 20 m/s, Xaltanda 19 m/s, Gədəbəy, Göyçay, Astara, Şəkidə 18 m/s, Sabirabad, Qrız, Biləsuvar, Salyan, Naxçıvanda 16 m/s, Qubada 15 m/s, Bakıda və Abşeron yarımadasında: Qumyataq, Sumqayıtda 19 m/s, Bakıda 18 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 1.9 metrə çatıb.

Dolu:  Martın 03-ü saat 04:25-04:35 radələrində Kişçayda (Şəki) diametri 13 mm olan dolu düşüb.

Duman:  Sumqayıt, Binə, Pirallahı, Çilov adası, Neft Daşları, Naftalan, Göygöl, Balakən, Şamaxı, Şəmkir, Şəki, Quba, Qobustan, Qusar, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Ağsu, Zərdab, Beyləqan, Sarıbaşda (Qax) müşahidə olunub, görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu:  Martın 03-də Bakıda iqlim normasından 6.4° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, Naxçıvan MR-da 5-9° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 7-10° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 05-dək davam edəcək.