
03 Mart 2022, 12:40
Dumanlı hava şəraiti haqqında məlumat
Hal-hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizi ərazisindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olmuşdur.
Naftalan, Daşkəsən, Göygöl, Şəmkir, Şamaxı, Altıağac, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, İmişli, Cəfərxan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Lerik, Astara, Sabirabad, Lənkəran, Quba, Ağdam, Qobustanda , Bakıda və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.
Dumanlı hava şəraiti martın 04-ü səhərədək davam edəcək.