FAKTİKİ HAVA

27 Fevral 2022, 14:30

FAKTİKİ HAVA

Fevralın 27-si saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Əmələ gələn qar örtüyünün hündürlüyü:
Qrızda 28 sm, Şahdağda 25 sm, Xınalıqda 21 sm, Ləzə məntəqəsində 3 sm, Sarıbaşda (Qax) 2 sm olub.

Düşən yağıntının miqdarı:
Qrızda 24.0 mm, Qusarda 10.0 mm, Xaltanda 7.0 mm, Şabran, Altıağacda 5.0 mm, Ağdərədə (Ordubad) 4.0 mm, Göyçay, Yevlaxda 3.0 mm, Sarıbaş, Zərdab, Bərdə, Balakən, Xaçmaz, Ağdamda 2.0 mm, Şahbuz, Naxçıvan, Şəki, İsmayıllı, Şəmkir, Tovuz, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şabran, Kişçayda (Şəki) 1.0 mm-dək olub.
Fevralın 26-da günün bəzi saatlarında Bakıda və Abşeron yarımadasında az yağış qeydə alınıb, Çilov adası, Neft Daşları, Sumqayıtda 1.0 mm-dək olub.

Külək:
Qərb küləyi Naftalanda 20 m/s, Tovuz, Ceyrançöldə 18 m/s, Yardımlı, Kəlvəz, Tərtərdə 16 m/s-dək güclənib.

Havanın temperaturu:
Fevralın 26-da Bakıda iqlim normasından 6.5° yuxarı olub.
 
Yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Cənub küləklərinin üstünlüyü müşahidə olunacaq.Martın 02-03-də səhər və axşam saatlarında duman olacağı ehtimal olunur.