Dumanlı hava şəraiti haqqında məlumat

25 Fevral 2022, 22:10

Dumanlı hava şəraiti haqqında məlumat

Fevralın 25-i saat 22:00 məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunur. 

 
Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 100-500 metrədək məhdudlaşır. 
 
Dumanlı hava şəraiti fevralın 26-sı gecə və səhər saatlarında da davam edəcək.