
22 Fevral 2022, 12:00
SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsi.
Təqvim üzrə qış fəslinin davam etməsinə baxmayaraq, havanın mülayim keçməsi ilə yaz öz gəlişini tezləşdirməyə çalışır. Hazırda iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox mart ayının birinci həftəsi üçün səciyyəvidir. Müqayisə üçün qeyd edək ki, keçən il Su çərşənbəsində temperatur iqlim norması daxilində olmuşdur. Bu il isə bəzi bölgələrdə havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən bölgələrdə çiskinli, dumanlı, yağıntılı keçməsi ilə səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə “zidd” olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub.
Elə buna görə də çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30%-dək azdır.
Su çərşənbəsinin inancları bir daha suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, qənaətlə istifadə etmək lazımdır. Ancaq bu yolla biz içməli su mənbələrimizi gələcək nəsillər üçün mühafizə edib saxlaya bilərik.
Su çərşənbəmiz mübarək!