28 Yanvar 2022, 11:13
FAKTİKİ HAVA
Yanvarın 28-i saat 11:00-a olan məlumata əsasən 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı:
Salyanda 9.0 mm, Sarıbaş (Qax), Şahbuzda 6.0 mm, Sabirabad, Cəfərxanda 4.0 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3.0 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4.0 mm, Pirallahıda 3.0 mm, Bakı, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü:
Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm olub.
Külək:
Şimal-qərb küləyi arabir Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Havanın minimal temperaturu:
Bu gecə aran rayonlarında 1° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda 5-10° şaxta, Naxçıvan MR-da 3-8° şaxta, Bakıda və Abşeron yarımadasında 3°-dək isti olub.