16 Yanvar 2022, 12:15

FAKTİKİ HAVA

Yanvarın 16-sı saat 12:00-a olan məlumata əsasən 15-i axşamdan 16-sı səhərədək bəzi yerlərdə yağıntılı olub, qar yağıb. Hal-hazırda yağmursuz hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı: Lənkəranda 8.0 mm, Yardımlıda 7.0 mm, Kəlvəzdə 6.0 mm, Göytəpə, Astarada 5.0 mm, Ləzə, Lerik, Ağdərədə (Ordubad) 3.0 mm, Altıağacda 2.0 mm, Daşkəsən, Göygöl, Quba, Qusar, Xaltan, Qrız, Neftçalada 1.0 mm, Abşeron yarımadasında: Çilov adasında, Pirallahıda 0.0 mm-dək az yağıntı qeydə alınıb.



Qar örtüyünün hündürlüyü: Ağdərədə (Ordubad) 30 sm, Yardımlıda 20 sm, Qrız, Sarıbaşda (Qax) 15 sm, Ləzədə 14 sm, Kəlvəzdə 13 sm, Xınalıq, Şamaxıda 10 sm, Şahbuzda 9 sm, Xaltan, Daşkəsəndə 7 sm, Gədəbəy, Lerik, Altıağacda 6 sm, Göygöl, Naxçıvanda 5 sm, Qobustanda 4 sm, İsmayıllıda 3 sm, Qubada 1 sm olub.



Külək: Şimal-qərb küləyi arabir Xaçmazda 32 m/s, Naftalanda 26 m/s, Tərtər, Bərdə, Mingəçevir, Kişçay (Şəki), Qobustanda 22 m/s, Göyçayda 21 m/s, Hacıqabul, Şəki, Ağstafa, Ceyrançöl, Daşkəsən, Gədəbəydə 20 m/s, Altıağac, Yevlax, Zərdab, Kürdəmir, Ağdamda 18 m/s, Şirvan, Kəlvəz, Sabirabad, Cəfərxan, Yardımlı, Şəmkirdə 17 m/s, Şabran, Qəbələ, Salyan, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 34 m/s, Maştağada 33 m/s, Pirallahıda 31 m/s, Sumqayıtda 25 m/s, Çilov adası, Neft Daşlarında 23 m/s, Binədə 22 m/s, Qum adasında 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.0 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-5° isti, dağlıq rayonlarda 12°-dək şaxta, Naxçıvan MR-da 5-9° şaxta olub.