
08 Yanvar 2022, 12:25
FAKTİKİ HAVA
Yanvarın 08-nə olan məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 22 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.
Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s, gecəyə doğru isə 18-20 m/s olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.
Yanvarın 08-dən 09-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək. Gündüz cənub-qərb küləyi əsəcək.