
25 Dekabr 2020, 17:15
2020-ci ilin 30 noyabr -7 dekabr tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyi tərəfindən keçirilmiş distant təlim
2020-ci ilin 30 noyabr -7 dekabr tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyi tərəfindən “Azərbaycan Respublikasında İstilik Effekti Yaradan Qazların emissiyalarının inventarlaşdırılmasının və inventarlaşdırma üzrə milli idarətmə sisteminn keyfiyyətinin qiymətləndiriməsi” mövzusunda təşkil edilmiş distant təlim barədə
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyi tərəfindən 2020-ci ilin 30 noyabr -7 dekabr tarixlərində istilik effekti yaradan qazların (İEYQ) emissiyalarının inventarlaşdırılması ivə bu sahədə milli idarətmə sisteminin təkmilləşdirilməsiı məqsədilə yerli mütəxəssislərin potensialın artırılması üzrə beynəlxalq distant təlim təşkil etmişdir.
Belə ki, 2020-ci ildə yaradılmış İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının İşçi Qrupunun Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq, ölkəmizin iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə götürdüyü beynəlxalq öhdəliklərin icrasına dəstək qismində Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidmətinin “Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr” şöbəsi tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyi ilə əldə edilmiş razılıq çərçivəsində “Azərbaycan Respublikasında İstilik Effekti Yaradan Qazların emissiyalarının inventarlaşdırılmasının və inventarlaşdırma üzrə milli idarətmə sisteminn keyfiyyətinin qiymətləndiriməsi” mövzusunda beynəlxalq təlim uğurla təşkil edilmişdir. Tədbirdə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi Qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının (Energetika Nazirliyi, Dövlət Neft Şirkəti,Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi,Dövlət Statistika Komitəsi və s.) ekspertləri, habelə ETSN MHX-nin İqlim Dəyişmələri Mərkəzinin əməkdaşları iştirak etmişlər. Tədbirin sonunda beynəlxalq təcrübə mübadiləsi üzrə aparılmış müzakirələr nəticəsində əldə edilmiş şərh və tövsiyələrin də daxil olduğu yekun sənəd hazırlanmış və ekspertlər tərəfindən gələcək fəaliyyətlərində istifadə üçün yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, bu yekun tövsiyələr sənəd forması İEYQ emissiyalarının növbəti inventarlaşdırılması zamanı Milli İnventarlaşdırmanın Təkmilləşdirilməsi Planının (NIIP) əsasını formalaşdırır, ölkəmiz adına hazırlanacaq milli hesabatların keyfiyyətinin yaxşılaşdırlması üçün təməl rolunu oynayır.
Məlumat üçün əlavə edək ki, sözügedən təlimlər İEYQ emissiyalarının inventarlaşdırılması keyfiyyətinin yaxşılaşdırılması məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan ölkələri tərəfindən daxil olan könüllü müraciətlər əsasında təşkil olunur və hazırda Azərbaycan Respublikası MDB ölkələri arasında bu distant təlimi keçən nadir ölkələrdəndir.