Yanvarın 04-05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

02 Yanvar 2022, 17:15

Yanvarın 04-05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında

Yanvarın 04-də
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, axşam şimal-qərb küləyi 7-12 m/s olacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq.

Yanvarın 05-də dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s olacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-10° isti olacaq.