Yanvarın 03-04-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

01 Yanvar 2022, 21:45

Yanvarın 03-04-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında

Yanvarın 03-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s olacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.


Yanvarın 04-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, axşam şimal-qərb küləyi 3-8 m/s.
Havanın temperaturu gecə 4-6 isti, gündüz 7-10° isti olacaq.