Dumanlı hava şəraiti haqqında məlumat

01 Yanvar 2022, 21:50

Dumanlı hava şəraiti haqqında məlumat

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. 

 İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olmuşdur.

 Yanvarın 02-si gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.