17 Sentyabr 2021, 21:30
FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21:00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Şahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.