29 Oktyabr 2025, 16:15

Şagirdlərin Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil olunub

Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü ilə Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbinin və Güzdək qəsəbə tam orta məktəbinin şagirdlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil olunub.

Səfər zamanı uşaqlar hava müşahidələrinin aparılması, hava proqnozlarının hazırlanması prosesləri ilə yaxından tanış olub, onlara hidrometeorologiyanın gündəlik həyatımızda və ölkənin ekoloji təhlükəsizliyində oynadığı mühüm rol haqqında geniş izahlar verilib.

Şagirdlər həm nəzəri, həm də praktiki biliklər əldə etməklə yanaşı, mütəxəssislərlə sual-cavab formatında fikir mübadiləsi aparıb.

Belə tədbirlər uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və gələcək nəsillərin daha ekoloji şüurlu yetişməsinə böyük töhfə verir.