25 Sentyabr 2025, 17:00
Ümumdünya Dəniz Günü
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilən Ümumdünya Dəniz Günü 1978-ci ildən bəri hər il sentyabr ayının sonuncu cümə axşamı qeyd olunur. Bu günün məqsədi dənizlərin və okeanların qlobal çirklənməsinə və onların qorunmasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.
2025-ci ilin mövzusu “Bizim okeanımız, bizim öhdəliyimiz, bizim imkanımız”dır. Bu şüar dövlətləri, təşkilatları və vətəndaş cəmiyyətini birləşdirərək, dənizlərin və okeanların qorunmasında birgə məsuliyyəti və bu sahədə mövcud imkanlardan düzgün istifadənin vacibliyini vurğulayır.